COP29

"Bunu etməsən, uduzacaqsan"

7 Aprel 03:30 Basketbol 455
"Bunu etməsən, uduzacaqsan"

"Layiq olduğumuz qələbəni qazandıq".

Sportinfo.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Bedri Meriç "Cəlilabad"a 103:91 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XVI turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis əzmkarlıq nümayiş etdirdiklərini bildirib:

"Bundan öncəki turda uğursuz oyunlar seriyasını dayandıra bilmişdik. İndi də davamını gətirdik.

Matça yaxşı başlamasaq da, dönüş etdik. Əzmkar oynadıq. Qarşılaşma pley-off üçün önəmli idi".

Türkiyəli baş məşqçi mövsümün sonuna qədər vəziyyəti düzəltmək üçün mübarizə aparacaqlarını söyləyib:

"Basketbolçularımla qürur duyuram. Final sirenasına kimi dayanmadan vuruşdular. Layiq olduğumuz qələbəni qazandıq.

Bura bizi dəstəkləməyə gələn azarkeşlərə də təşəkkür edirəm. Bəlkə bir az gec oldu, amma komandaya sona qədər mübarizə aparmağı aşılaya bilmişik.

Çempionatda döyüşmək lazımdır. Mübarizəni sona kimi aparmaq əsas məqsəd olmalıdır.

Bunu etməsən, uduzacaqsan. Belə təcrübə başımıza çox gəlib. Qarşıdakı iki matçda da qələbə qazanmağa çalışacağıq".

Xəbər Lenti
28 May 20:30 Qarabağda İŞ VAR!