“Gəncə” doğma azarkeşləri önündə “Sərhəd(çi)”ni tanımadı

12 Mart 2023 01:30 Basketbol 507
“Gəncə” doğma azarkeşləri önündə “Sərhəd(çi)”ni tanımadı

Azərbaycan Basketbol Liqasında XXI turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, “Gəncə” doğma azarkeşləri önündə “Sərhədçi”ni qəbul edib.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş ev sahiblərinin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Kollin Törner (24 xal, 6 ribaund), “Sərhədçi”dən isə Maykl Diqqins (32 xal, 13 ribaund) olub.

Qeyd edək ki, XXI tura martın 12-də Şəkidə keçiriləcək “Olimpik Şəki” – “Sabah” oyunu ilə yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti