Azərbaycan kubokunda qrupların tərkibi müəyyənləşdi

21 Fevral 2023 15:40 Basketbol 523
Azərbaycan kubokunda qrupların tərkibi müəyyənləşdi

Basketbol üzrə Azərbaycan kubokunda qrupların tərkibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimi qurumun inzibati binasında baş tutub.

21-26 mart tarixləri aralığında “Sərhədçi” İdman Mərkəzində keçiriləcək Azərbaycan ubokunda 8 komanda A və B qruplarında mübarizə aparacaq.

A qrupunda “Sabah”, “AAAF Xırdalan”, “Sərhədçi”, “Gəncə”, B qrupunda isə NTD, “Zirvə Astara”, “Neftçi” və “Olimpik Şəki” qüvvələrini sınayacaq.

Basketbol üzrə Azərbaycan kubokunun reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti