Basketbol üzrə Azərbaycan çempionatının iddialılarından olan "Sabah" heyətini ABŞ-dan olan oyunçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, ilk dəfə ölkə çempionatında iştirak edən "Sabah" Mayk Edvardsla anlaşıb.
1997-ci il təvəllüdlü basketbolçunun son klubu Tayvanda “Tayçinq Sans” olub.
Bundan əvvəl isə o, “Trepça”(Kosovo) və “Dinamo”(Vladivastok) klublarında oynayıb.

