Rusiyanın məşhur silah baronu ilə ABŞ-ın tanınmış basketbolçusu dəyişdirildi

9 Dekabr 2022 10:20 Basketbol 384
Rusiyanın məşhur silah baronu ilə ABŞ-ın tanınmış basketbolçusu dəyişdirildi

Rusiyanın məşhur silah baronu Viktor But ABŞ-ın tanınmış basketbolçusu Brittni Qraynerlə dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.

Məlumata görə, onların mübadiləsi Biləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi hava limanında reallaşıb. Rusiya vətəndaşı artıq ölkəsinə dönüb.

Viktor Anatolyeviç But 1967-ci il yanvarın 13-də Tacikistanın Düşənbə şəhərində anadan olub. 2012-ci ildə ABŞ-da qanunsuz silah ticarəti və terroru dəstəkləməkdə ittiham edilərək 25 il müddətinə azadlıqdan məhrum olunan rusiyalı iş adamıdır.

Məhkəmə Butu bir neçə maddə, o cümlədən ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi Kolumbiyanın “İnqilabçı Silahlı Qüvvələrinə - Xalq Ordusuna” (FARC) silah satmaqda təqsirli bilib. 2008-ci il martın 6-dan həbsdə olan But günahını etiraf etməyib.

Qərb mediası Butu "silah baronu" və "ölüm taciri" adlandırır. Rusiyanın bəzi KİV-i bildirib ki, ABŞ-ın kəşfiyyat orqanları onu dünyanın ən böyük silah qaçaqmalçısı hesab edir.

Brittney Yvette Griner 1990-cı il oktyabrın 18-də ABŞ-ın Texas ştatının, Hyuston şəhərində anadan olub. O, Rusiyanın “UMMC Yekaterinburq” klubunda oynamış amerikalı peşəkar basketbolçudur.

2012-ci ildə o, Baylor Beers ilə Milli Kollec Atletika Assosiasiyasının (NCAA) çempionluğunu qazanaraq bu basketbol turnirinin ən görkəmli oyunçusu olub. 2014-cü ildə “Phoenix Mercury” komandası ilə qadınlar arasında NBA çempionu olub. Qadın kollec basketbolunda üç əsas mükafatın ikiqat qalibi olub.

ABŞ komandası ilə 2014-cü ildə Türkiyədə keçirilən Dünya Çempionatının, 2016-cı ildə Rio Janeryoda keçirilən Olimpiya Oyunlarının, 2018-ci ildə İspaniyada keçirilən Dünya Çempionatının və 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının qalibi olub.

2022-ci ilin fevralında o, Şeremetyevo hava limanında baqajında ​​həşiş yağı tapılması ilə bağlı saxlanılıb. O, Rusiya məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı