Azərbaycan millisi reytinq cədvəlindən kənarlaşdırıldı – SƏBƏB BUDUR

2 Noyabr 2022 03:10 Basketbol 644
Azərbaycan millisi reytinq cədvəlindən kənarlaşdırıldı – SƏBƏB BUDUR

Qadınlardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda dünyanın 118 yığması yer alıb.

Azərbaycan millisi siyahıdan kənar qalıb. Buna komandamızın fəaliyyətsizliyi səbəb olub.

Təmsilçimiz uzun müddətdir rəsmi matçlarda iştirak etmir. Yığmamız sonuncu dəfə bu il fevralında açıqlanan cədvəldə 104-cü pillədə qərarlaşmışdı.

Cədvələ 848,8 xalla ABŞ başçılıq edir. Çin 676,5 xalla ikincidir. Avstraliya üçüncü sırada qərarlaşıb - 668,3. Qardaş Türkiyə yığması 445,4 xalla 11-cidir.

Qadın millimizin aqibətini daha öncə yaşayan kişi yığmamız son siyahıda cədvələ qaytarılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu