Çıxışını bərpa edən Azərbaycan millisi yenidən reytinqə salındı

15 Oktyabr 2022 03:50 Basketbol 646
Çıxışını bərpa edən Azərbaycan millisi yenidən reytinqə salındı

Basketbol üzrə Azərbaycan milli komandası yenidən Beynəlxalq Basketbol Federasiyasının (FIBA) reytinqinə salınıb.

Sportinfo.az xəbər verir ki, buna yığmanın bu ildən beynəlxalq yarışlarda iştirakını bərpa etməsi səbəb olub.

Kişilərdən ibarət kollektiv iyulda Maltada təşkil olunmuş kiçik ölkələrin Avropa çempionatında qüvvəsini sınayıb.

Yeni reytinq cədvəlinə əsasən, Azərbaycan millisi 78.5 xalla, 163 ölkə arasında 112-ci pillədə qərarlaşıb.

Milli komanda 2021-ci ilin avqustunda açıqlanan FIBA-nın yeni reytinq sıralamasında yox idi. Reytinq 8 ilə əsasən hesablandığından və bu müddətdə yığma heç bir rəsmi oyunda iştirak etmədiyindən siyahından kənarlaşdırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!