Sadıq Sadıqov "Neftçi"yə yeni transferlər etdi - FOTOLAR

14 Oktyabr 2022 01:50 Basketbol 1 582
Sadıq Sadıqov "Neftçi"yə yeni transferlər etdi - FOTOLAR

"Neftçi" İdman-Sağlamlıq Mərkəzinin direktoru Sadıq Sadıqov qurumun basketbol komandasının üzvləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, Sadıqov onlarla müqavilə imzaladığını əks etdirən şəkilləri sosial şəbəkə hesabında paylaşıb.

O, idmançılara qarşıdakı yarışda uğurlar arzulayıb. İSM-in balansında olan "Neftçi" basketbol komandası Azərbaycan çempionatında yarışacaq.

İlk turda onlar "AAAF Xırdalan"la qarşılaşacaq. Görüş oktyabrın 15-də keçiriləcək.

S.Sadıqov 2010-15-ci illərdə "Neftçi" Futbol Klubunun prezidenti olub.











Digər Xəbərlər
Xəbər Lenti