“Sabah” yeni komanda yaratdı - Azərbaycan çempionatında 8 iştirakçı

28 Sentyabr 2022 17:20 Basketbol 1 828
“Sabah” yeni komanda yaratdı - Azərbaycan çempionatında 8 iştirakçı

Basketbol üzrə Azərbaycan çempionatında iştirak edəcək klublar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək yarışda 3-ü region təmsilçisi olmaqla, ümumilikdə 8 komanda mübarizə aparacaq.

Bunlar "AAAF Xırdalan BK", "Gəncə BK", "NTD BK", "Neftçi İK", "Olimpik Şəki BK", "Sərhədçi PİK", "Sabah Bakı BK", "Zirvə Astara BK"dır.

Yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcək.

Müntəzəm mövsümdə ilk dörd pilləni tutanlar play-off mərhələsinə vəsiqə qazanacaq. Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanmış komanda qalib sayılacaq.

Oktyabrın ikinci ongünlüyündə startı gözlənilən 28-ci Azərbaycan çempionatının oyunları "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutacaq.

Oktyabrın 1-də yarışa hazırlıq məqsədi daşıyan mini turnir keçiriləcək. Qarşılaşmalar "Sərhədçi" İdman Olimpiya Mərkəzində olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər