"Meydana çıxdıqdan sonra başa düşdük ki, onlardan güclüyük"

19 Avqust 2022 14:20 Basketbol 740
"Meydana çıxdıqdan sonra başa düşdük ki, onlardan güclüyük"

"Finala çıxanda emosiyalar çox idi, həyəcan vardı.

Əlbəttə, meydana çıxdıqdan sonra həyəcan geridə qaldı və başa düşdük ki, biz rəqibdən güclüyük".

Sportinfo.az xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 3x3 qadın basketbol millisi ilə qızıl medal qazanmış Dina Ulyanova deyib.

Azərbaycan millisi C qrupunda meydan sahibi Türkiyəni 14:12, Qırğızıstanı 21:4, 1/4 finalda Qətəri 21:2, yarımfinalda Özbəkistanı 16:7 və finalda Malini 21:6 hesabı ilə məğlub edərək İslamiadanın qalibi olub.

Maraqlıdır ki, Azərbaycanın qadın basketbol millisi 5 il əvvəl Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında da Maliyə 13:7 qalib gələrək qızıl medalları qazanmışdı.

Həmin komandanın da tərkibində yer almış Dina Ulyanova bildirib ki, Bakıda qalib gəlmək onlara daha çətin olub:

"Bakıda daha çətin idi. Çünki öz azarkeşlərimiz önündə oynayırdıq, əlavə məsuliyyət hiss edirdik. Şadam ki, ardıcıl ikinci dəfə İslamiadanın qalibi olduq".

Xəbər Lenti