Azərbaycan yığması Avropa çempionatında uğursuz çıxış etdi

21 İyul 2017 17:36 Basketbol 932
Azərbaycan yığması Avropa çempionatında uğursuz çıxış etdi

Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət yığma komandası Avropa çempionatında uğursuzluqla üzləşib. Sportinfo.az xəbər verir ki, B divizionunda mübarizə aparan milli indiyədək keçirdiyi bütün görüşləri uduzub.

Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Rusiyaya 56:85, Slovakiyaya 78:86, Böyük Britaniyaya 68:111 və Hollandiyaya 54:85 hesabı ilə yenilərək, yer aldığı B qrupunda sonuncu olub.

Azərbaycan qrup sonuncularının iştirak etdiyi 17 - 21-ci yerlər uğrunda mübarizədə də inamsız təsir bağışlayıb və Ermənistana məğlub olub - 80:82. 21 komandanın iştirak etdiyi çempionatda sonuncu olmamaq üçün hələlik müəyyənləşməyən rəqiblə qarşılaşmadan qalib ayrılmaq lazımdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti