Azərbaycan millisi Türkiyəyə də qalib gəldi - İslamiada

14 Avqust 2022 01:40 Basketbol 1 725
Azərbaycan millisi Türkiyəyə də qalib gəldi - İslamiada

Basketbolun 3×3 növü üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığma C qrupunun ikinci tur matçında Türkiyəni 21:12 hesabı ilə üstələyib.

Azərbaycan yığması daha öncə Mali komandasına da 18:15 hesabıyla qalib gəlmişdi.

Komandamız qrupdakı növbəti oyunlarını avqustun 15-də Mərakeş və Qabona qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti