Azərbaycan yığması Avropa çempionatında üçüncü yeri götürdü - FOTOLAR

1 Avqust 2022 02:10 Basketbol 537
Azərbaycan yığması Avropa çempionatında üçüncü yeri götürdü - FOTOLAR

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa çempionatının C Divizionunda 3-cü yer uğrunda görüşə çıxıb.

Sportinfo.az xəbər verir ki, rəqib Lüksemburq olub.

Görüşün ilk və üçüncü hissəsində 20:16 və 19:16 hesablı üstünlük qazanan Azərbaycan yığması ikinci hissədə heç-heçə edib - 18:18.

Dördüncü hissədə isə Lüksemburq təşəbbüsə yiyələnərək, 17:7 hesablı üstünlüklə ümumi nəticəni bərabərləşdirib - 64:64. Görüşün taleyi əlavə hissədə həll olunub.

Bu bölümdə 14:9 hesabı ilə üstün olan Azərbaycan millisi yekunda 78:73 hesablı qələbə ilə bürünc medala yiyələnib.

Tahir Baxşıyev və Anar Sarıyevin baş məşqçi olduğu kollektiv qrup mərhələsində Lüksemburq (75:71), Cəbəllütariq (115:60), Ermənistan (76:65) və Moldovaya (75:66) qalib gəlsə də, yarımfinalda Albaniyaya (56:76) uduzub.

Finalda Monako və Albaniya yığmaları qarşılaşacaq.

Xəbər Lenti