Azərbaycan millisi bu gün Avrora üçüncüsü ola biləcəkmi?

31 İyul 2022 19:40 Basketbol 766
Azərbaycan millisi bu gün Avrora üçüncüsü ola biləcəkmi?

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında bu gün sonuncu oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, yığma bürünc medal uğrunda matçda Lüksemburq seçməsi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

azərbaycan qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikinci görüşündə Cəbəllütariqə 115:60, üçüncü matçında Ermənistana 76:65, dördüncü qarşılaşmasında Moldovaya 75:66 hesabı ilə qalib gəlib.

Yığma yarımfinalda isə Albaniyaya uduzub - 56:76.

Digər Xəbərlər
Xəbər Lenti