Azərbaycan millisi Avropa çempionatında Moldovanı üstələdi - FOTOLAR

28 İyul 2022 22:20 Basketbol 506
Azərbaycan millisi Avropa çempionatında Moldovanı üstələdi - FOTOLAR

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, C divizionunda yer alan və yarımfinala vəsiqəni ötən tur təmin edən yığma B qrupundakı sonuncu matçında Moldova ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycanın 75:66 hesalı qələbəsi ilə başa çatıb.

Milli komandanın yarımfinaldakı rəqibi A qrupunda keçiriləcək Albaniya - Andorra matçının qalibi olacaq. İyulun 30-da oynanılacaq yarımfinal görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Yığma qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60, üçüncü matçında isə Ermənistana 76:65 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti