18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gəlib.
"Domus Arena"kı qarşılaşma Azərbaycanın 76:65 hesalı qələbəsi ilə başa çatıb.
Milli komanda bu qələbə sayəsində yarımfinala vəsiqəni vaxtından əvvəl təmin edib.
Yığma qrupdakı sonuncu oyununu iyulun 28-də Moldovaya qarşı keçirəcək.
Yığma qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.

