İki qələbə qazanan Azərbaycan millisi bu gün Ermənistanla qarşılaşacaq

27 İyul 2022 18:20 Basketbol 613
İki qələbə qazanan Azərbaycan millisi bu gün Ermənistanla qarşılaşacaq

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az İxəbər verir ki, C divizionunda yer alan yığmamız B qrupundakı ikinci matçında Cəbəllütariqlə qarşılaşıb.

Görüş komandamızın 115:60 hesablı qələbəsi ilə başa çatıb.

Qrupdakı ilk oyununda Lüksemburqa qalib gələn (75:71) millimiz bu gün Ermənistanla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti