Azərbaycan “cırtdanlar”ı uddu, AÇ-nın yarımfinalına qaldı

2 İyul 2022 00:50 Basketbol 1 224
Azərbaycan “cırtdanlar”ı uddu, AÇ-nın yarımfinalına qaldı

Kiçik ölkələr arasında keçirilən Avropa çempionatında milli komandamız 1/4 final mərhələsində San Marino ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, oyuna fəal başlayan yığmamız yekunda parketdən 68-51 hesablı qələbə ilə ayrılıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev seçilib.

Yığmamız bu qələbədən sonra adını turnirin 1/2 final mərhələsinə yazdırıb.

Azərbaycan millisi qrupda Maltaya 71:73, Andorraya isə 69:72 uduzmuşdu.

Yarımfinalda rəqibimiz Malta komandası olacaq. Oyun 2 iyul tarixində Bakı vaxtı ilə saat 18.15 -də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti