Azərbaycan yığması Avropa çempionatına Malta ilə başlayır

28 İyun 2022 20:20 Basketbol 568
Azərbaycan yığması Avropa çempionatına Malta ilə başlayır

Basketbol üzrə Azərbaycan millisi Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün ilk oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv növbəti matçında iyunun 29-da Andorra ilə üz-üzə gələcək.

Digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.

A qrupu, I tur

20:30. Azərbaycan - Malta

Xəbər Lenti