"Ermənistanla qarşılaşsaq, bu, ən asan oyunumuz olacaq"

20 İyun 2022 23:00 Basketbol 746
"Ermənistanla qarşılaşsaq, bu, ən asan oyunumuz olacaq"

"Bunun siyasət olduğunu başa düşürəm".

Sportinfo.az xəbər verir ki, bunu basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandar Trifunoviç deyib.

Ermənistan yığmasını çalışdıran Reks Kalamyan bu yaxınlarda açıqlama verib ki, onlara Avropa çempionatında Azərbaycanı mütləq məğlub etmək tapşırılıb və bu, digər komandalar üzərində qələbədən daha vacibdir.

Həmkarının fikirlərinə münasibət bildirən 55 yaşlı mütəxəssis onun sözləri haqqında ümumiyyətlə düşünmədiyini əlavə edib:

"Ermənistanla qarşılaşsaq, bu, bizim ən asan oyun olacaq. Çünki komandamı motivasiya etməyə ehtiyac qalmayacaq.

Hamısı meydana istəkli çıxacaq. Hətta deyərdim ki, onları sakitləşdirməli olacağam.

Siyasətə qarışmaq istəmirəm. Çünki siyasətçi deyiləm. Ola bilərəm, amma istəmirəm (gülür).

Biz öz gücümüzü meydanda göstərəcəyik. Oyunçularımın mentalitetinə bələdəm".

Digər Xəbərlər
Xəbər Lenti