FOTO - Azərbaycan Avropa çempionatının final mərhələsində

6 İyun 2022 02:30 Basketbol 770
FOTO - Azərbaycan Avropa çempionatının final mərhələsində

Basketbolun 3x3 növü üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, basketbolçularımız Limassolda keçirilən seçmə mərhələnin yarımfinal oyununda Lüksemburqla qarşılaşıb.

Rəqibinə 15:13 qalib gələn yığmamız finalda oynamaq haqqı qazanıb.

Millimiz Avropa çempionatının final mərhələsində

Həlledici görüşdə isə millimiz İrlandiyanı məğlub etməyi bacarıb. Basketbolçularımız rəqibinə 20:16 hesabı ilə qalib gəlib.

Bununla da yığmamız sentyabrın 9-11-i aralığında Avstriyanın Qrats şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış olub.

Xəbər Lenti