Tanınmış jurnalistə federasiyada mühüm vəzifə verildi

18 May 2022 09:20 Basketbol 810
Tanınmış jurnalistə federasiyada mühüm vəzifə verildi

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri Səmayə Məmmədova Təhsil Nazirliyində işə başlayıb.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan Basketbol Federasiyasının, eləcə də bir sıra layihələrin PR fəaliyyəti ilə məşğul olacaq.

Səmayə Məmmədova məsələ barədə feysbuk hesabında paylaşım edib:

"Bu gün məni təbrik edən, xoş sözlər yazan dəyərli dostlar, hər birinizə sonsuz təşəkkür edib, məsələyə özüm aydınlıq gətirmək istəyirəm.

Mən təhsil naziri Emin Əmrullayevin dəvəti ilə Təhsil Nazirliyinin bir sıra layihələrinin, eləcə də, basketbol federasiyasının PR və kommunikasiya məsələləri üzrə konsultant olaraq qurumla əməkdaşlıq edirəm.

Nə nazirlikdə, nə də federasiyada rəsmi olaraq çalışıram. Bir daha hər birinizə minnətdaram!"

Xəbər Lenti