Azərbaycan millisi Gürcüstan klubuna qalib gəldi

24 Aprel 2022 18:40 Basketbol 563
Azərbaycan millisi Gürcüstan klubuna qalib gəldi

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız yerli “Vera Tbilisi” komandası ilə qarşılaşıb.

Komandamız bu oyundan 67:60 hesabı ilə qalib ayrılıb.

Millimizin heyyətində Endar Poladxanlı -23 xal, Ələkbərov Fikrət – 19 xal, Əkbərov Cəbrayıl isə 17 xal toplayaraq, qələbədə əsas pay sahibi olublar.

Xəbər Lenti