Azərbaycan millisi Super Liqa klubuna uduzdu

22 Aprel 2022 10:20 Basketbol 466
Azərbaycan millisi Super Liqa klubuna uduzdu

Təlim-məşq toplanışında Gürcüstanın Tiflis şəhərində bir araya gələn basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi yoxlama oyununda öz qüvvəsini sınaqdan keçirib.

Sportinfo.az xəbər verir ki, yığma hazırlıq oyununda yerli Superliga təmsilçisi "RUSTAVİ 1991" basketbolçularının qonağı olub və parketdən 74:79 hesabı ilə məğlub ayrılıb.

Azərbaycanın ən məhsuldar basketbolçusu 29 xalla - Endar Poladxanlı seçilib. Əkbər Məmmədov 24 xal, 10 ribaund, Zaur Paşayev isə 11 xal, 11 assist ilə qarşılaşmanı tamamlayıblar.

Digər Xəbərlər
Xəbər Lenti