Azərbaycan millisi növbəti qələbəni “Petkim” üzərində qazandı

16 Mart 2022 00:10 Basketbol 409
Azərbaycan millisi növbəti qələbəni “Petkim” üzərində qazandı

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının Türkiyənin İzmir şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir.

Sportinfo.az xəbər verir ki, milli komanda hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Millimiz bu dəfə “Petkim Spor” un gənc basketbolçularını sınağa çəkib. Komandamız bu dəfə 84:61 hesabı ilə qalib gəlib.

Bu oyunda yığmamızın üç basketbolçusu öz statistikaları ilə diqqət çəkib.

Amil Həmzəyev – 23 xal (12 ribaund)
Əkbər Məmmədov – 12 xal (16 ribaund)
Zaur Paşayev – 17 xal (7 asist)

Xəbər Lenti