Azərbaycan yığması Türkiyə klublarını üstələdi

12 Mart 2022 18:40 Basketbol 460
Azərbaycan yığması Türkiyə klublarını üstələdi

Əsas və 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışlarına start verib.

Sportinfo.az xəbər verir ki, U-18-in İzmirdəki toplanışı martın 16-dək, əsas yığmanın İstanbuldakı hazırlıq prosesi isə martın 20-dək davam edəcək.

Milli komanda baş məşqçi Samit Nuruzadənin rəhbərliyi altında yoxlama oyunları da keçirib. İlk görüşdə yerli "Nazilli Belediyespor"a 48:69 hesabı ilə uduzan komanda daha sonra "Karşıyaka Belediye"yə qalib gəlib - 75:70.

Yığma üçüncü qarşılaşmasında "Söke Belediyespor"u 84:72 hesabı ilə üstələyib.

U-18 isə məşqçilər Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərliyi ilə "Haznedar Doruk" kollektivinə 77:52, ÜNSPED basketbolçularına 71:68 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti