İllik əməkhaqqı - 33 milyon

1 İyul 2017 12:12 Basketbol 1 057
İllik əməkhaqqı - 33 milyon

Amerika Basketbol Liqasının (NBA) sonuncu qalibi “Qolden Steyt” komandanın üzvü Stefen Karri ilə rekord məbləğ qarşılığında yeni müqavilə bağlayacaq. Sportinfo.az xəbər verir ki, buna qədər illik 11 milyon dollar maaş alan 29 yaşlı basketbolçu 5 illik yeni sözləşməyə əsasən 201 milyon dollar qazanacaq.

Hazırda NBA-nın ən bahalı basketolçusu “Klivlend” komandasının üzvü Lebron Ceymsdir. Onun illik əməkhaqqı 33 milyon dollar təşkil edir. Stefen Karri 2009-cu ildən formasını geyindiyi “Qolden Steyt”lə iki dəfə NBA çempionu olub (2015, 2017). 29 yaşlı basketbolçu ABŞ yığmasının heyətində də eyni sayda dünya çempionu tituluna sahib çıxıb (2010, 2014). O, həmçinin iki dəfə liqanın ən dəyərli oyunçusu seçilib (2015, 2016) .

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti