İCLAS: Federasiya prezidenti seçilən nazir görüləcək işlərdən danışdı - FOTOLAR

2 Yanvar 2022 14:40 Basketbol 877
İCLAS: Federasiya prezidenti seçilən nazir görüləcək işlərdən danışdı - FOTOLAR

Sportinfo.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevin basketbol ictimaiyyəti ilə görüşü baş tutub.

Tədbirdə federasiyanın Rəyasət Heyətinin üzvləri, məsul şəxsləri, müvafiq dövlət qurumlarının nümayəndələri, hakimlər, məşqçi-müəllimlər, yığma komandaların üzvləri iştirak ediblər.

Görüşdə çıxış edən təhsil naziri Emin Əmrullayev ölkədə basketbol idman növü ilə bağlı mövcud vəziyyət, yeni mövsümə hazırlıq məsələləri və gələcəkdə görüləcək işlərdən danışıb.

Tədbirdə qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti