Daha bir nazir federasiya prezidenti oldu - 22 ildən sonra rəhbər dəyişdi

14 Dekabr 2021 12:40 Basketbol 1 079
Daha bir nazir federasiya prezidenti oldu - 22 ildən sonra rəhbər dəyişdi

Azərbaycan Basketbol Federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Sonra ABF-in son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və qurum rəhbərliyinə yeni seçki keçirilib.

Təhsil naziri Emin Əmrullayev federasiyanın yeni prezidenti seçilib. O, növbəti 4 ildə ABF-ə rəhbərlik edəcək.

Qeyd edək ki, 1999-cu ilin dekabrından federasiyaya Nadir Nəsibov rəhbərlik edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti