Lionel Messinin PSJ-yə keçidindən əfsanəvi basketbolçu Maykl Cordan da qazanıb.
Sportinfo.az xəbər verir ki, Cordana məxsus “Air Jordan” brendi PSJ ilə əməkdaşlıq edir.
Müqaviləyə əsasən, “Air Jordan” PSJ-nin futbolçularının satılan hər bir formasına görə 5 faiz alır.
Messinin bir həftə ərzində satılan formalarından Cordanın 6 milyon avro qazandığı bildirilir.
Messinin böyüklər üçün nəzərdə tutulmuş forması 157,99 avroya satılır. Uşaqlar üçün hazırlanmış formalar 87,99, qadınlar üçün nəzərdə tutulmuş futbolkalar isə 107,99 avroya təklif olunur.

