Diktatorla görüşmək üçün

14 İyun 2017 11:12 Basketbol 1 027
Diktatorla görüşmək üçün

Keçmiş MBA ulduzu Denis Rodman Şimali Koreyaya yollanıb. Sportinfo.az xəbər verir ki, paytaxt Pxenyana yollanan sabiq basketbolçu burda ölkə lideri Kim Çen İnlə görüşəcək. Bu barədə məlumatı CNN yayıb.

Xəbərdə Şimali Koreyaya Çinin paytaxtı Pekindən yollanan amerikalı basketbolçunun jurnalistlərə açıqlama vermədiyi qeyd edilib.

Şimali Koreya və ABŞ hökumətləri arasında uzun müddətdi soyuq münasibət var. Rodmanın bu ziyarəti Amerikada “basketbol diplomatiyası” adlandırılır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!