“Ürəyim parçalanır” - Vəziyyəti heç yaxşı deyil

19 İyul 2021 23:40 Basketbol 1 306
“Ürəyim parçalanır” - Vəziyyəti heç yaxşı deyil

Avstraliyalı basketbolçu Liz Kembridc 23 iyul-8 avqust tarixlərində keçiriləcək Olimpiya Oyunlarına qatılmayacaq.

Sportinfo.az xəbər verir ki, o, imtina etməsinin səbəbini qeyri-sabit psixoloji vəziyyəti ilə əlaqələndirib.

“Son bir ayda həyəcandan nə yata, nə də yeyə bilmişəm. Özümü bilirəm. Hamının Avstraliya heyətində görməsinə layiq olan Liz ola bilmərəm. Ən azından hələ ki”, - deyə o “Instagram” hesabında yazıb.

İdmançı postun altında rəy bölməsini bağlayıb.

O, həyatdakı ən böyük xəyallarından birinin əsas beynəlxalq startda qızıl medal qazanmaq olduğunu da qeyd edib. Ancaq psixoloji və fiziki vəziyyəti buna imkan vermir.

29 yaşlı basketbolçu öz qərarına görə “ürəyinin parçaladığını” deyir. Lakin komandasını pis vəziyyətdə qoymaq istəmir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!