Azərbaycan çempionatının keçirilməməsinə qərar verildi

10 Mart 2021 10:40 Basketbol 1 104
Azərbaycan çempionatının keçirilməməsinə qərar verildi

Basketbol üzrə Azərbaycan çempionatı keçirilməyəcək.

Sportinfo.az xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.

Bu barədə qərarı Azərbaycan Basketbol Federasiyası verib. Qurum komandaların məşq etməsinin mümkün olmadığı dövrdə 2020/21 mövsümünü keçirilməməsini məqsədəuyğun sayıb.

Bu, müstəqil Azərbaycan basketbolu tarixində ölkə çempionatının keçirilmədiyi ilk hadisədir. Çünki komanda idman növləri arasında yalnız basketbol çempionatları daim təşkil olunub.

Növbəti mövsümün həmişəki kimi payızda start götürməsi planlaşdırılır. Bu da koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər aradan götürüləcəyi halda reallaşacaq.

Ötən mövsüm koronavirus pandemiyası üzündən XXVII Azərbaycan çempionatı yarımçıq dayandırılmışdı. Yarışda fasiləyə yarananadək lider olan “Zirvə Astara” çempion elan edilib, “Atom” ikinci, “Gəncə” üçüncü yeri tutub (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti