
Ölkəmizi FİBA Avropa Kubokunun təsnifat mərhələsində təmsil edəcək “Sabah” turnirə hazırlıq çərçivəsində heyətini gücləndirməkdə davam edir.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı amerikalı basketbolçu Kivon Devonportla 1 illik müqavilə imzalayıb.
203 santimetr boya malik Kivon Devonport peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb.
Devonport son olaraq Fransanın “Orlean Luare Basket” klubunda çıxış edib.