Yeni transfer: "Hədəfimiz qrupda 1-ci yeri tutmaq və pley-offa vəsiqə qazanmaqdır"

11 Yanvar 04:00 Basketbol 1 042
Yeni transfer: "Hədəfimiz qrupda 1-ci yeri tutmaq və pley-offa vəsiqə qazanmaqdır"

"Hədəfimiz qrupda 1-ci yeri tutmaq və pley-offa vəsiqə qazanmaqdır".

Sportinfo.az xəbər verir ki, bunu “Ordu” klubunun yeni transferi Nəcəf Babayev deyib.

Basketbolçu klubun mətbuat xidmətinə açıqlamasında ümidli olduğunu söyləyib:

“Ordu” klubu ilə anlaşmamız çox sürətli baş verdi. Artıq komanda ilə məşqlərə başlamışam.

Çox gözəl ab-hava var. “Quba” ilə oyuna hazırlıq davam edir.

Yeni ilə qələbə qazanmaqla başlamaq istəyirik. Bunun üçün əlimdən gələni etməyə hazıram.

İnanıram ki, mövsümün ikinci yarısını yüksək səviyyədə keçirə biləcəyik. Hədəfimiz qrupda 1-ci yeri tutmaq və pley-offa vəsiqə qazanmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!