Biri irəlilədi, digəri gerilədi

1 Yanvar 2021 19:20 Basketbol 654
Biri irəlilədi, digəri gerilədi

Basketbol üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan yığması 90 xalla dünyanın 104-cü komandasıdır.

Millimiz ötən reytinqlə müqayisədə bir pillə geriləyib. Yığmamız Cənubi Sudan və Albaniyanı özündən qabağa buraxıb, əvəzində Madaqaskarı arxada qoyub. Komandamız Avropada 46-cı yerdə qərarlaşıb.

Cədvələ ABŞ (781,4), İspaniya (721,2) və Avstraliya (666,5) yığmaları başçılıq edir.

Qadın yığmamız isə dünyada 89-cudur. 70,7 xala malik komandamız 4 pillə irəliləyib. Tunis, Norveç, Suriya, Sent-Vinsent Qrenadini arxada qoyan milli Avropada 41-cidir. Siyahıya ABŞ (822,9), Avstraliya (714,5) və İspaniya (691,9) başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti