"Real"ı üstələyən “Fənərbağça” Avroliqanın finalında

20 May 2017 12:48 Basketbol 1 027
"Real"ı üstələyən “Fənərbağça” Avroliqanın finalında

İstanbulda basketbol üzrə Avropa Liqasında “dördlər finalı”nda yarımfinal oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, “Fənərbağça” “Real”la üz-üzə gəlib. İstanbul klubu azarkeşlərinin möhtəşəm dəstəyi ilə “Real”a heç bir şans verməyib.

Oyun “Fənərbağça”nın 84:75 hesablı qələbəsilə başa çatıb. “Fənər”in heyətində ən məhsuldar basketbolçu Ekpe Udox olub. Digər yarımfinal qarşılaşması “Olimpiakos”la ÇSKA arasında keçirilib. Oyun Yunanıstan klubunun qələbəsi ilə yekunlaşıb - 82-78. Final qarşılaşması mayın 21-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO