"Ermənilər çox qorxaqdır" – Döyüşdən gələn oyunçu

12 Dekabr 2020 17:20 Basketbol 808
"Ermənilər çox qorxaqdır" – Döyüşdən gələn oyunçu

Ağır döyüşdə yaralanıb, cəbhəyə qayıdan basketbolçumuz Ziya Quliyev Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Sportinfo.az həmin müsahibəni təqdim edir:

- Ziya, izləyicilərimizə özünü təqdim edərdin?

- Mən, Ziya Quliyev 1989-cu ildə Cəlilabadda anadan olmuşam. Basketbola oynamağa çox az yaşlarımdan, 5 yaşımdan, başlamışam. Basketbola sevgini dayım və eyni zamanda Respublikanın Əməkdar məşqçisi Şəhriyyar Əsgərov aşılayıbdır. Bu sahədə məşqçi kimi də fəaliyyətlərim olub.

- Vətən müharibəsinə yollanmağının səbəbi?

- Biz dostlarımızla daha əvvələr də gücümüz çatdığı qədər ordumuza dəstək olurduq. Əsgərlərimizə baş çəkirdik, imkanımız daxilində onlara mənəvi kömək edirdik. Tovuz döyüşlərindən sonra isə bu fəaliyyətimiz daha da sürətləndi. Biz orduya təkərlər göndərməyə başladıq. Daha sonra isə könüllü özüm orduda xidmət etmək üçün müraciət etdim.

- Mübariz İbrahimovun postunu ələ keçirəndə nə haqda düşünürdün?

- Bu çox ağır döyüş oldu, 7 saat yarım çəkmişdir. Biz Murov dağı istiqamətində əməliyyata başladıq və oranı təmizlədikdən sonra Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postu da alaraq irəlilədik. Həmən post strateji baxımdan çox önəmli yer idi, ona görə düşmən müqavimət göstərməyə çalışırdı. Lakin düşmən üzbəüz döyüşdə çox qorxaq idi. Daha sonra Ağdərə istiqamətində döyüşlər getdi. Talış və Suqovuşan kəndlərini işğaldan azad etdik. Orda ayağımdan yaralandım və üç gün müalicə olunduqdan sonra yenidən döyüşlərə qatıldım.

- Məkirli düşmən üzərində Qələbə həyatına necə təsir etdi?

- Bu hissi sözlərlə ifadə etmək mümkün deyil. Qələbənin təsiri əlbəttə çox müsbətdir. Qürur və sevincimin həddi hüdudu yoxdur. Qələbənin nəticəsi isə bizi bir daha güclü etdi və bir xalq kimi birliyimizi möhkəmləndirdi. Xocalıda və digər faciələrdə düşmənin millətimizə etdiyi gözümüzün önündən getmirdi.Şəhidlərimizin qanı ilə torpaqları geri aldıq.

- Basketbolçu olmağın döyüşdə nə kimi üstünlük verdi ?

- Döyüşdə piyada yollar ağır silahlarla ən az qətt etdiyimiz yol 10 km olurdu, fiziki güc burda ən başlıca rol oynayırdı. İdman məşqləri sayəsində mənə çətin gəlmirdi.

- Zəfər paradında iştirak etdiniz, ordakı abu havanı bizimlə bölüşərdiz.

- Bu gün ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq bir gündür. Bu tarixin bir parçası olmaq isə bütün hərbiçilər kimi mənim üçün də çox qürurvericidir. Paradda abu hava çox təsiredicidir, çünki bu qələbənin ən gözəl, ən təntənəli şəkildə qeyd edilməsidir. Zəfərin şirinliyini və sevincini hər kəsin gözlərində görmək olur.

Digər Xəbərlər
Xəbər Lenti