Qurbanov iki həftə kömək edə bilməyəcək - "Samtrediya"ya

4 Avqust 2020 23:00 Azərbaycan Futbolu 649
Qurbanov iki həftə kömək edə bilməyəcək -

Gürcüstan çempionatının 8-ci turunda Batumi “Dinamo”su ilə oyunun 10-cu dəqiqəsində zədələnən "Samtrediya"nın azərbaycanlı futbolçusu Nicat Qurbanovun durumuna aydınlıq gəlib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ağır zədəyə görə meydanı erkən tərk etməli olan yarımmüdafiəçi bu gün müayinədən keçib.

Qurbanovun əzələ problemi olduğu və azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

8 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb. Əsas heyət üzvlərindən olan Nicat bu mövsüm 3 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!