Millimizin futbolçusunu da koronavirusa yoluxdurublar?

8 İyul 2020 21:00 Azərbaycan Futbolu 648
Millimizin futbolçusunu da koronavirusa yoluxdurublar?

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq"in daha 3 üzvü koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə ABŞ-klubunun baş direktoru Bobbi Dall yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, 3 oyunçudan 2-si xəstəliyi simptomsuz keçirir. Digərində isə yüngül əlamətlər müşahidə olunur. Test nəticəsi müsbət çıxmış futbolçular məşqlərdən 10 günlük kənarlaşdırılıb və şənbə günü "Los Anceles Qelaksi II"yə qarşı oynamayacaqlar.

B.Dall koronavirus aşkarlanan futbolçuların adlarını açıqlamayıb. "Finiks Rizinq" məşqləri bərpa etdikdən sonra ümumilikdə 8 futbolçuda koronavirus aşkarlanıb. Onlardan 5-i tam sağalaraq komandaya qoşulublar. Digər 3 oyunçunun müalicəsi isə davam edir.

Rüfət Dadaşov USL müntəzəm çempionatının I turunda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib. Hücumçu "Finiks Riyzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Münster" klubundan keçib. ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!