Yığmamızın müdafiəçisi diqqət mərkəzinə düşdü

3 İyul 2020 23:20 Azərbaycan Futbolu 1 037
Yığmamızın müdafiəçisi diqqət mərkəzinə düşdü

Moldova çempionatında yeni mövsümə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Floreşti” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1. Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da Dmitri vurub. O, 39-cu dəqiqədə fərqlənməklə həm də Moldova çempionatında yeni mövsümün ilk qolunun müəllifinə çevrilib.

Digər Xəbərlər
Xəbər Lenti