Premyer Liqanın oyunları saat 19:00-dan tez başlamayacaq

1 İyun 2020 16:42 Azərbaycan Futbolu 573
Premyer Liqanın oyunları saat 19:00-dan tez başlamayacaq

Azərbaycan Premyer Liqasının oyunları axşam saatlarında keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

PFL rəsmisi bildirib ki, qarşılaşmalar 19:00-dan tez başlamayacaq.

Hər tur eyni günə təsadüf edəcəyindən matçların müxtəlif saatlarda start götürəcəyi gözlənilir. Şahgəldiyev bu suala belə cavab verib: "Onu dəqiq deyə bilməyəcəyəm. Bütün variantlar müzakirə olunur".

Qeyd edək ki, koronavirus pandemiyasına görə martın 13-də dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq (report.az)

Xəbər Lenti