Azərbaycan Premyer Liqası klublarına icazə verildi ki...

31 May 2020 00:42 Azərbaycan Futbolu 805
Azərbaycan Premyer Liqası klublarına icazə verildi ki...

Bu gündən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilir.

Sportinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Qeyd olunur ki, 31 may 2020-ci il saat 00:00-dan açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir.

Beləliklə, bu gündən futbol üzrə Azərbaycan Premyer Liqası klublarının məşqi, ardınca çempionatı bərpa oluna bilər. Bu məsələləri Klublar Komitəsinin saat 12.00-da başlayacaq videokonfransında AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri müzakirə edəcək.

İdman zallarının fəaliyyətinin dayandırılması qadağası isə iyunun 15-dək qüvvədə saxlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!