Erməni məşqçi azərbaycanlı futbolçunu o ki var təriflədi!

27 May 2020 14:50 Azərbaycan Futbolu 1 404
Erməni məşqçi azərbaycanlı futbolçunu o ki var təriflədi!

“Mən Quliyevi “Spartak-2”dən yaxşı tanıyırdım. O, tam unikal oyunçudur”.

Sportinfo.az xəbər verir ki, bunu “Anji”nin sabiq baş məşqçisi Aleksandr Qriqoryan deyib.

Ayaz cari mövsüm “Spartak”ın heyətində 11 oyun keçirib. Vaxtilə “Spartak-2”də çalışmış erməni mütəxəssis azərbaycanlı futbolçu Ayaz Quliyev barədə fikirlərini açıqlayıb.

Qriqoryan intizamsızlıq səbəbindən “Spartak”ın əsas komandasından kənarlaşdırılan Quliyevi tərifləyib: “Ayaz özündə 6, 8 və 10 nömrə keyfiyyətlərini cəmləşdirib. Yəni, dayaq, cinah və hücumameylli yarımmüdafiəçi kimi çıxış edə bilir.

Əgər onun cinahlarda oynamaq bacarığını və sürətli qərar vermək ustalığı və hücumdakı fərdi fəaliyyətini – driblinq, sürətli anlaşma və hər iki ayaqla qapıya zərbələri nəzərə alsaq, potensial və keyfiyyət toplusuna görə top oyunçudur.

Onun potensialına şübhə etmirəm. Rusiya Premyer Liqasında ona bərabər olan yerli oyunçu yoxdur. Bu futbolçuya xüsusi yanaşma lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM