"Mənim də pensiyamı AFFA yeyir, halallıq vermirəm"

22 Mart 2020 09:40 Azərbaycan Futbolu 1 270
"Mənim də pensiyamı AFFA yeyir, halallıq vermirəm"

“Kəpəz”in veteran futbolçusu Fazil Pərvərov sosial şəbəkədə paylaşım edərək, AFFA tərəfindən təqaüdünün mənimsədildiyini və Oqtay Abdullayevin həmin pulun verilməsini vəd etsə də, təqaüdün hələ də ona çatmadığını yazıb.

Sportinfo.az xəbər verir ki, 50 yaşlı keçmiş hücumçusu məsələ ilə bağlı bu fikirləri qeyd edib:

“Azərbaycan çempionu - 3 dəfə, gümüş, bürünc mükafatçısı, Azərbaycan bombardiri, "Kəpəz"in heyətində ən çox qol vuran futbolçu, amma işsiz.

Oqtay Abdullayev söz verib ki, sənə pensiya verəcəyik, amma 50-ni keçdik, vermədilər, 65-ə qədər nə yeməliyik?

Ömrümüzü futbola verdik ki, ac yaşayaq? AFFA Bakıda və Gəncədə müəyyən veteranlara "qızıl pensiya" verir, mənim də pensiyamı AFFA yeyir, halallıq vermirəm".

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda