Bu 3 şəxsdən biri AFFA-nın baş katibi olacaq

25 Yanvar 2020 17:42 Azərbaycan Futbolu 2 098
Bu 3 şəxsdən biri AFFA-nın baş katibi olacaq

12 ildir AFFA-nın baş katibi olan Elxan Məmmədov yanvarın 28-də həmin vəzifəni rəsmən tərk edəcək.

"Natəvan" Ticarət Mərkəzinin keçmiş adminstratoru bundan sonra federasiyanın icraçı vitse-prezidenti olacaq.

Həmin gün AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək və gələn xəbərlər yeni təsis olunan postun E.Məmmədov üçün nəzərdə tutulmasını təsdiqləyir.

Bəs o, öz yerinə kimi əyləşdirəcək? Sportinfo.az-ın məlumatına görə, Məmmədov kənar bir şəxsin onu əvəzləməsinə imkan verməyib.

Ondan sonrakı baş katib elə ən yaxın adamlarından biri olacaq. Hazırda bu posta 3 namizddən söz açılır: Sərxan Hacıyev, Zaur Hacı-MəhərrəmovRamin Həsənov.

Həsənov "Səbail"in icraçı direktorudur. 2016-ci ildən buradadır. "Səbail"ə kimi AFFA-nın müxtəlif layihələrində rol alıb. Bacarıqlı kadr olmasa da, Elxan Məmmədovla qohumluq əlaqələri hər işdə köməyinə çatıb.

Zaur Hacı-Məhərrəmov AFFA-nın Futzal üzrə koordinatorudur. O da baş katibin futbola gətirdiyi qohumlarından biridir. İndiyədək federasiyada bir neçə vəzifə dəyişib.

Hazırda da bir əldə "iki-üç qarpız" tutur. Futzal Federasiyası ilə yanaşı, əsas millidə də fəaliyyət göstərir. Elxan Məmmədovun "qara kassa"sına "giriş-çıxış"ı var.

Qaldı Sərxan Hacıyevə, keçmiş hakim uzun illərdir AFFA-nın baş katibinin müavini vəzifəsindədir. Daim kölgədə qalmağı üstün tutan, ciddi iddiası olmayan və personası qəbul edilməyən şəxsdir.

O, əmr quludur, Elxan Məmmədov isə belələrini çox sevir. Odur ki, Hacıyev onu əvəzləməsini istədiyi əsas fiqurdur.

Digər Xəbərlər
Xəbər Lenti