COP29

Qarabağ təmsilçilərinin uğurunu görüb “üsyan etdi”: “Razıyam, kənarda dayanaram”

22 May 20:00 Azərbaycan Futbolu 1 333
Qarabağ təmsilçilərinin uğurunu görüb “üsyan etdi”: “Razıyam, kənarda dayanaram”

“Cəbrayıl” və “Füzuli” kimi komandaların II Liqada xoş təsir bağışlaması bölgə təmsilçilərini həvəsləndirib.

I Liqaya yüksəlmək yolunda ciddi addımlar atan işğal altından azad olunmuş torpaqların adlarını daşıyan bu komandaların uğuru digər klublar üçün yaxşı nümunə sayıla bilər.

Region Liqasında Zəngilanı təmsil edən “Çinar FK” kollektivi də növbəti mövsümdə II Liqada mübarizə aparmağı arzulayır.

Komandanın baş məşqçisi Anar Zahidoğlu sosial şəbəkə hesabında etdiyi paylaşımla açıq mesaj göndərib:

“Bu komandaya sahib çıxmaq lazımdır. “Füzuli FK” və “Cəbrayıl FK” II Liqada 2-ci yeri tutub pley-offda “Difai Ağsu” ilə mübarizə aparır, biz isə kənardan izləyirik. Halbuki Zəngilanda 70-ci illərdə güclü futbol ənənələri olub.

Mən razıyam, çəkilib kənarda dayanaram, gəlin bu klubu götürüb II Liqaya çıxarın, orada çempionluq uğrunda mübarizə aparsın. Klubun Zəngilanın adını yaşatmasını mənimlə birlikdə siz zəngilanlılar da yaşatmalısınız.

Komanda bu il II Liqada oynayıb, növbəti illərdə ev oyunlarını Zəngilandakı Səməd Vurğun adına stadionda keçirməlidir. Kömək edən yoxdur demirəm. Əlbəttə, var.

Region Liqasının oyunlarından stadion dəstəyi göstərən “Səbail”in icraçı direktoru Firuz Abdulla və həmin klubun rəsmisi Zamiq Hüseynov, eləcə də AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevə təşəkkür edirəm.

Sadəcə, zəngilanlıların bu klubu özlərinə doğma bilmələrini və dəstək olmalarını istəyirəm. Hər kəs üzərinə düşən dəstəyi göstərsə, biz də çempionluq uğrunda mübarizə aparıb çempion olarıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!