“Qarabağ”da 2014-cü ildə bu yana oynayan futbolçular var"

26 Noyabr 2022 02:50 Azərbaycan Futbolu 797
“Qarabağ”da 2014-cü ildə bu yana oynayan futbolçular var"

Rumıniyalı veteran futbolçu Raul Kostin ölkəsinin mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, “sport.ro”ya açıqlama verən 37 yaşlı futbol adamı Azərbaycanda oynamasını da xatırlayıb:

"Karyeram ərzində düzgün qərarlar verib-vermədiyimi bilmirəm. Seçim edərkən, bunun yaxşı və ya pis olduğunu əvvəlcədən bilməyəcəksiniz.

Nəyisə dəyişə bilsəydim, “Vaslui”dən ayrılanda fərqli qərar verərdim. Həmin vaxtı bir neçə təklifim var idi. Amma mən Azərbaycana yollanmağa qərar verdim.

Xaricdə oynamaq istəyirdim, baxmayaraq ki, o vaxt yaxşı çempionluq komandasına malik “Panduri”dən təklif almışdım. “Rapid”lə yanaşı bir neçə klubdan birinə keçmək variantı da yaranmışdı.

Azərbaycanda işlərim yaxşı gedirdi. Orada yaxşı təcrübə qazandım, maliyyə baxımından heç bir problem yox idi.

Liqanın səviyyəsi də pis deyildi. Məsələn, “Qarabağ”da 2014-cü ildə bu yana oynayan futbolçular var".

"Vaslui”, “Simurq”, “Universitetya Kluj”, “Botoşani”, “Rapid”, Mioveni” klublarında oynamış Kostin yayda aktiv futbolçu karyerasına yekun vurub.

Xəbər Lenti