XOŞBƏXT "DÖRDLÜK": "Zirə" və "Qəbələ" avrokuboklarda çıxış edəcək

15 May 2022 19:30 Azərbaycan Futbolu 946
XOŞBƏXT "DÖRDLÜK": "Zirə" və "Qəbələ" avrokuboklarda çıxış edəcək

Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, 27-ci turun bu gün keçirilən oyunlarından sonra dəqiqləşib.

"Sabah"ın "Sumqayıt"la 2:2 hesablı heç-heçə etməsi "Zirə" və "Qəbələ" Konfrans Liqasına vəsiqəni təmin edib.

27-ci turda "Neftçi"yə 1:0 hesabı ilə qalib gələn "Zirə" hazırda 46 xalla 3-cü, "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edən "Qəbələ" 44 xalla 4-cü pillədə qərarlaşıb.

Komandalar yarışın bitməsinə bir tur qalmış ən yaxın izləyicisi "Sabah" (40 xal) üçün əlçatmaz olublar. Son turda 3-cü yerin sahibi dəqiqləşəcək.

Bundan əvvəl çempion "Qarabağ"ın Çempionlar Liqasında, 2-ci "Neftçi"nin Konfrans Liqasında iştirak edəcəyi dəqiqləşmişdi.

Digər Xəbərlər
Xəbər Lenti