Premyer Liqamızı kölgədə qoyan kənd futbolu - FOTO

25 Avqust 2021 14:00 Azərbaycan Futbolu 1 511
Premyer Liqamızı kölgədə qoyan kənd futbolu - FOTO

Azərbaycan Premyer Liqasında 2-ci tur arxada qaldı. Hər zamankı kimi bu dəfə də klublarımızın oyunlarına azarkeş marağı aşağı səviyyədə oldu. Təsəvvür edin ki, 4 görüşü cəmi 1800 azarkeş stadiondan izləyib.

Klub rəsmiləri və futbolçuların dost-tanışlarını çıxsaq say bəlkə də 1000 olar.

Azarkeş qruplarını da kənara qoysaq sıravi azarkeş sayının xanası sıfırın həndəvərində var-gəl etmiş olacaq.

Bu, ölkənin bir nömrəli futbol liqasına münasibətin tablosdur! Nə qədər ağır və acı olsa da belədir.

Amma və lakin yazdığım statistika o demək deyil ki, ölkədə stadionlara getmək istəyən adam yoxdur. Əsla!

Belə adamlar ölkəmizdə "n" qədərdir. Bunun əyani sübutu Qusar rayonundakı KƏNDLƏRARASI futbol çempionatındakı mənzərədir. Dünən bu rayonda baş tutan İKi KƏND komandası arasındakı görüşə nə az-nə çox 3000-ə yaxın azarkeş baxmağa gəlib.

Hər halda Qusar başqa planet, başqa qitə deyil. Azərbaycanın şimal bölgəsində olan gözəl rayonlarımızdan biridir.

Ki, hazırkı AFFA rəhbərliyinin sayəsində orada böyük futbolun "f"sı da qalmayıb. Amma görünür, oynayanları, baxanları hələ də yetəri qədər var.

Təkcə Qusar belə deyil. Elə şimal zonası kimi qərb bölgəsində də, cənub bögəsində də mənzərə eynidir.

Çünki futbol başbilənlərimiz üçün futbolumuzun gününün çıxan yeri də, batan yeri də yalnız şərqdən ibarətdir. Onun da istiliyi biləcəridən o tərəfə keçmir. Hətta kəndlər arasındakı bir oyunun kölgəsində qalacaq qədər zəifdir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti